Beynəlxalq ana dili günü

Dil hər bir millətin milliliyinin əsasıdır. Odur ki, 21 fevralın ümumdünya dil günü olması çox dərin məna daşıyır. Hər bir xalq öz dilində danışır, ana laylasını bu dildə dinləyir. Dil insanın mənliyi, dünyada tanınması üçün ən böyük vasitədir. Bunu ulu öndərimiz Heydər Əliyevin sözləri, gənclərə nəsihəti ilə bir daha dərindən anlaya bilərik. “Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görədə hər bir gənc öz ana dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini müstəqil hakim dil etməliyik.” Bu gün bu belədir, bundan sonra da belə olacaq.