Dostluq Günü

Dostluq həyatın ən gözəl anlamıdır. O qədər dəyərli bir münasibətdir ki… Sözlərlə anladılması çətindir.Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır. Məktəbin uşaqlarla Məktəbdənkənar və Sinifdənxaric Tərbiyə işi üzrə təşkilatçı A. Vəliyeva, UBTR T. Məhərrəmova və psixoloq K. Hüseynovanın təşkilatçılığı ilə məktəbdə “ Dostluq Günü” qeyd olundu. Şagirdlərə dostluq haqqında məlumatlar verildi. Şagirdlər bir- birilərinə müxtəlif hədiyyələr verərək, təbrik etdilər.