I yarımilin yekunlarına dair Pedaqoji Şura iclası

Məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru R. Ə. Naibova, təlim-tərbiyə işləri üzrə direktor müavini A. K. Sofuyev, sinifdənxaric və məktəbdənkənar təşkilatçı müavin A. L. Vəliyeva, psixoloq K. Z. Hüseynova və UBR T. A. Məhərrəmova iştirak etdilər.
Məktəb Pedaqoji Şura iclası məktəbin direktoru R. Ə. Naibovanın çıxışı ilə başladı. Pedaqoji heyəti gündəlikdə duran məsələlərlə tanış etdi.
İclasda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, sinifdənxaric və məktəbdənkənar təşkilatçı müavin, məktəb psixoloqu, kitabxana müdiri, Kiçik Akademiya Prezidenti və fənn metodbirləşmə rəhbərlərinin çıxışları dinlənildi.
İclasda 2022/2023-cü tədris ilinin I yarımilinin yekunları və II yarımildə qarşıda duran vəzifələr barədə hesabat təqdim edilərək müzakirə edildi, aparılan monitorinqlərin nəticələri dinlənildi, böyük summativ qiymətləndirmə nəticələri müzakirə edilərək zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə məlumatlar verildi.
Sonda tədrisin keyfiyyətinin yüksəldilməsi, monitorinqlərin davam etdirilməsi, şagirdlərin davamiyyətinin diqqətdə saxlanılması kimi işlərin yerinə yetirilməsi tapşırıqları verildi.