Heydər Əliyev və Azərbaycan gəncliyi

   Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə  həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb.

Məktəbdə Nəsimi rayon Gənclər və İdman idarəsi və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Nəsimi rayon idarəsi ilə birlikdə təşkilatçılığı ilə “ Heydər Əliyev və Azərbaycan gəncliyi “ mövzusunda dəyirmi masa təşkil olundu. Dəyirmi masada Nəsimi rayon Gənclər və idman idarəsinin rəisi Ş.Tağıyev çıxış edərək bu günün önəmi haqqında fikirlərini bildirdi. Dəyirmi masada həmçinin gələn qonaqlar, məktəbin müəllim heyəti də çıxışlar etdilər. Şagirdlər şeirlər söylədilər, videoçarx nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi