Qiymətləndirmə aparılır

Məktəbdaxili qrafikə uyğun olaraq yanvarın 19-da da tədris ilinin birinci yarımilinə aid Böyük Summativ Qiymətləndirilmələr təşkil olundu. Qiymətləndirilmələr əsasən IX siniflərdə kimya, imformatika, fizika , Azərbaycan tarixi, ümumi tarix, XI siniflərdə isə informatika, kimya, ədəbiyyat, ümumi tarix və Azərbaycan tarixi fənlərindən keçirildi.
Şagirdlər onlara ayrılmış vaxtdan səmərəli şəkildə istifadə edərək verilən tapşırıqları yerinə yetirdilər.