20 Yanvar Şəhidləri yad edildi
19 Yanvar 2023-cü il tarixində məktəbdə birinci saat dərslər 20 Yanvar faciəsinin otuz üçüncü il dönümünə həsr olundu.
Şagirdlərə Vətənə məhəbbət hissinin möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmunu aşılandı. Faciənin səbəbləri, günahkarları, nəticələri, insan taleləri, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən və tariximizə qəhrəman kimi daxil olan vətəndaşlarımız haqqında uşaqlara ətraflı məlumat verildi.
Şəhidlərin xatirələri siniflərdə bir dəqiqəlik sükutla yad edildi.