Böyük summativ qiymətləndirmə davam edir

Məktəbin fəaliyyət planına əsasən şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə BSQ üçün təsdiq olunmuş məktəbdaxili qrafikə müvafiq olaraq yanvarın 17-dən birinci yarımilin BSQ keçirilməsinə start verilmişdir. Məktəbin IV, V, IX, XI siniflərində tədris dili , ingilis dili, riyaziyyat, biologiya, həyat bilgisi, coğrafiya fənlərindən qiymətləndirilmə aparıldı. Şagirdlər onlara təqdim olunan tapşırıqları ayrılmış vaxt müddətində yerinə yetirdilər. Bütün şagirdlərin qiymətləndirmədə iştirakı təmin olundu.