Şəhidlər Xiyabanına ziyarət

  Bakının ən uca yerində bir xiyaban var - Şəhidlər xiyabanı. Burada Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımız uyuyurlar. Ilham və Fərizə cütlüyü, Çingiz Mustafayev, Ceyran Abdullayeva, Alı Mustafayev, Məlahət Nəsibova... And yerimizə çevrilən bu müqəddəs məkan Vətənin şəhid övladlarının ilk dəfə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakının küçələrində törədilən dəhşətli faciədən sonra ağuşuna aldı. Qanlı 20 Yanvarda şəhərimizdə tarixin hələ şahidi olmadığı müsibətlər yaşandı. 

  Məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric  tərbiyə işi  üzrə təşkilatçı A. Vəliyevanın və  məktəbin UBR-i T. Məhərrəmovanın təşkilatçılığı ilə şagirdlər Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhidlərimizi dərin hüzn və ehtiramla andılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi