Kitab sərgisi

11-15 yanvar 2023-cü il tarixlərində "Çapar yayınları"nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Yunus Əmrə İnstitutunun Bakı mərkəzinin təşkilati dəstəyi Bakıda "I Turan Kitab Festivalı" keçirilib. Festivalda ölkənin 40-a yaxın nəşriyyatı, 20-yə yaxın kitab mağazası iştirak edib. Müəllif masaları və uşaqlar üçün masterklaslar festivala rəng qatıb. "I Turan Kitab Festivalı"nda kitab təqdimatları, imza saatları, qiraət saatları, mühazirələr olub,müəlliflərlə görüşlər keçirilib. Məktəbin şagirdləri festivalda iştirak etdilər.