Məktəbdə ingilis dili fənnindən açıq dərs keçirildi

Bakı şəhəri 35№-li tam orta məktəbin direktoru Rəna xanım Naibovanın təşəbbüsü ilə məktəbdə İKT-dən, fəal təlim metodlarından istifadə ilə “açıq dərs”lərin keçirilməsi ənənə halını alıb.Təhsil ocağında hazırda gün ərzində 2-3 “açıq dərs “ elektron formada keçirilir.Bunun üçün məktəbdə lazımi şərait və avadanlıqlar,İKT vasitələri vardır.Ən əsası isə müəllimlərin bu işə böyük maraq ğöztərməsi , təlimin təşkilinə innovativ yanaşaraq dərslərini elektron formada keçirməyə səy göstərməsidir.Dərslərini yeni təlim metodları ilə quran,şagirdlərdə müstəqil yaradıcı düşünmə qabiliyyətini , yeni biliklərə sərbəst yiyələnmək bacarığını inkişaf etdirən, dərslərində interaktiv üsullardan istifadə edən novator müəllim məktəbin ingilis dili müəllimi Sədaqət Məmmədovadır.Sədaqət müəllimə bu sahədəki bacarığını məktəbin 8b sinfində “To care of your Health”-“Sağlamlığınızın qayğısına qalın”mövzusunda keçirtdiyi “açıq dərs”də nümayiş etdirdi.Dərsdə məntiqi və düşündürücü materiallara geniş yer verildi. İKT-nin tətbiqi ilə yeni təlim üsullarına əsalanmış metodika ilə keçirilən dərs ,mövzuya uyğun əyani vasitələrlə zəngin idi. Dərsin sırf ingilis dilində keçirilməsi Sədaqət müəllimənin səlist nitqi , tələffüzü , şagirdlərin bir-biri ilə bu dildə ünsiyyət qurması , müəllimin yüksək peşəkarlığından xəbər verirdi.Dərsdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana , insanların rifahına,sağlamlığına diqqəti, qayğısı və yaxından dəstəyi ,Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün ölkə vətəndaşlarının ən ağır problemləri zamanı üz tutduğu təşkilat haqqında geniş məlumat verildi.Bu günki günün tələblərinə cavab verən interaktiv dərs,dərsdə iştirak edən çox saylı fənn müəllimləri və məktəb rəhbərliyi tərəfindən nümunəvi dərs kimi qiymərləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi