Açıq dərs

Məktəbin Tarix müəllimi Həsənova Taliə tərəfindən 7b sinfində , Azərbaycan tarixi fənnindən açıq dərs keçirildi.Dərsin mövzusu "XI əsrin ortaları və XII əsrdə Azərbaycan mədəniyyəti "idi.Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etdilər.Dərs boyu şagirdlər intibah dövrü Azərbaycan memarliq abidələri,şairləri və memarları haqqında məlumat verdilər.Dərsdə coğrafiya , ingilis dili , ədəbiyyat fənninə inteqrasiya edildi.Yaradıcı təfəkkürü inkişaf etdirmək üçün Qarabağın memarlıq abidələri haqqında toplanıldı və təqdim edildi.Qiymətləndirmə meyarına əsasən şagirdlər qiymətləndirildilər.Sonda müəllim heyəti dərs haqqında fikirlərini bildirdilər.