Hüseyn Cavid 140

Məktəbin kitabxana müdiri M. Qasımovanın təşəbbüsü ilə yaddaqalan bütün dövrlərlə səsləşən əsərləri ilə Turan dünyasında özünə əbədi heykəl ucaldan H. Cavidin gözəllik aşiqinin 140 illiyi dəyirmi masa arxasında qeyd edildi.
Tədbirdə məktəbin müəllimləri, kitabxana müdiri və şagirdlər Cavidin yaradıcılığından söhbət açdılar.Əsərlərindən parçalar söylənildi müzakirə edildi.
Bu dahi ədibin işığına yığılan hər kəs onun ziyasından bəhrələndi. Bu ümmandan da dərin olan sənətkarın alovlu,ürəyi riqqətə gətirən kəlamlarından hamımıza pay düşdü, mənəvi zövqümüz bu dünyanın əsərləri ilə yüksək zirvələri fəth etdi.