Müasir dərslərdə fənn kurikulumunun tətbiqi

2016-cı il tarixində 35N-li məktəbin İngilis dili müəllimi “Ən yaxşı müəllim müsabiqəsinin qalibi”, “ Azad müəllimlər cəmiyyəti” , “İdrak məktəb liseyi” , “Universal” Əlavə Təhsil Mərkəzinin təlimçisi Sədaqət Məmmədova məktəbin müəllimləri üçün “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal təlim mövzusunda seminar keçirtdi. Məktəbin direktoru Rəna Naibova 1999-cu ildən başlayan təhsil islahatları Azərbaycanda pedaqoji,psixoloji elmlərin,məktəbin inkişafına əlverişli şərait yaratdığını qeyd etdi. Ehtiyac və tələbatlara uyğun olaraq təhsil sisteminin təkmilləşdirilməsi, təşkilatı-strukur bazanın möhkəmləndirilməsi istiqamətində dövlət səviyyəsində geniş miqyaslı tədbirlərin keçirilməsini vurğuladı. Müasir təlim metodlarından istifadənin təhsilin keyfiyyətinin yüksəldilməsindəki rolunu yüksək qiymətləndirdi və seminarın işinə uğurlar arzuladı.Təlimçi Sədaqət Məmmədova təhsil sistemində həyata keçirilən islahat proqramları,fənn kurikulumlarının strukturu və məzmunu,məzmun standartının bilik və fəaliyyət komponentləri,təlim strategiyaları və fəal interaktiv təlim, fəal təlimin mexanizmləri və quruluşu,fəal dərsin quruluşu haqqında müəllimlərə məlumat verdi. Təlim təlimdə iştirak edən müəllimlərin sualları və suallar ətrafında müzakirələrlə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi