Sinif rəhbərlərilə iclas keçirildi

Məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı A.Vəliyevanın təşkilatçılığı ilə sinif rəhbərləri ilə iclas keçirildi. İclasda şagirdlərin dərsə davamiyyəti, psixoloji durumları, təşkil olunacaq tədbirlər barədə söhbətlər aparıldı. Məktəbin psixoloqu K. Hüseynova və UBR T. Məhərrəmova çıxış etdilər. Sinif rəhbərləri ilə geniş müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.