Hüseyn Cavidin ev muzeyinə ekskursiya

Məktəbin kitabxana müdiri M. Qasımovanın təşkilatçılığı ilə məktəbin X sinif şagirdləri və Azərbaycan dili və ədəbiyyat müəllimi Z.Xəlilova Hüseyn Cavidin ev muzeyinə ekskursiya etdilər. Şagirdlərə Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutan , mənzum dramaturgiyamızın banisi böyük romantik şair və görkəmli dramaturq Hüseyn Cavidin həyatı , zəngin yaradıcılığı və Cavidlər irsinin toplanması, qorunması , tədqiqi və təbliği istiqamətində xidmət göstərən muzeyin fəaliyyəti haqqında geniş məlumat verildi . Dahi şairin yaşadığı dövr , həyatı və yaradıcılığı və muzeyin zəngin eksponatları haqqında şagirdləri maraqlandıran suallar cavablandırıldı. Sonda şagirdlər muzeyin ekspoziyası ilə ətraflı tanış oldular , xatirə şəkilləri çəkdirdilər.