V sinif şagirdləri ilə psixoprofilaktik söhbət

Psixoprofilaktik işlər başlıca olaraq məktəb təlimi prosesində uşaqların psixi inkişafında baş verə biləcək qüsurların qarşısını almaq məqsədilə həmin inkişafın gedişi üzərində nəzarətin təşkilindən ibarətdir. Psixoloq şagirdin əqli inkişafında və şəxsiyyətinin inkişafında müəyyən qüsurların, yayınma hallarının baş verməsinə səbəb ola biləcək xüsusiyyətləri aşkara çıxarmağa cəhd göstərir və müvafiq tədbirlər həyata keçirir.
Məktəbin psixoloqu K.Hüseynova şagirdlərlə psixoprofilaktik söhbət apardı.V sinfə adaptasiya ilə bağlı narahatlığı olan şagirdlərə tövsiyyələr verdi. Onları maraqlandıran suallar cavablandırıldı.