Zərərli vərdişlər.Alkoqolizm

Yaşadığımız dövrdə insanların bir çox zərərli vərdişləri olduğu hamımıza məlumdur. Spirtli içkilər, narkotik maddələr, siqaret və s. buna misal ola bilər. Bəziləri siqaret çəkərkən hər hansı bir problemini unutmaq, bəziləri isə sadəcə həzz almaq istəyir. Başqa bir qrup insanlar isə evdə yaşca böyüklərdə görür və bunu təkrarlayır. Hal-hazırda asılılıq insanları ən çox narahat edən psixoloji problemlərdən biridir. Onun bir çox növü vardır. Günümüzdə ən çox yayılmış növlərindən biri Alkoqol asılılığıdır. Alkoqol asılılığı, fərdlərin həddindən artıq miqdarda spirt qəbul etməsinə, hər gün müəyyən bir saat olmadan spirtli içki qəbul etmək istəməsinə, spirtli içki içmədikdə isə gərginlik yaşamasına səbəb olan bir asılılıq növüdür. Alkoqoldan istifadə etmədikdə insanlar özlərini pis hiss edir və stress keçirirlər. Onlar bədbəxt, pessimist, kədərli, qəzəbli, əsəbi və bəzən aqressiv əhval-ruhiyyəyə malik ola bilərlər.
Məktəbin psixoloqu K.Hüseynova şagirdlərə zərərli vərdişlər, alkoqolizm haqqında maarifləndirici məlumatlar verdi, videoçarx nümayiş etdirdi.