Monitorinq dərsdinləmələr

19 dekabr 2022-ci il tarixində məktəbdə ARTİ-nin müəllimlərə dəstək və peşəkar inkişaf mərkəzinin nümayəndələri Aygün İsgəndərovanın rəhbərliyi ilə komanda şəklində fənlər üzrə II-XI siniflərdə dərsdinləmələr həyata keçirildi. Dinlənilən dərslər bütün sinifləri əhatə etməklə 15 saat Azərbaycan dili,ədəbiyyat , Azərbaycan tarixi , kimya,biologiya, riyaziyyat, rus-dili, həyat bilgisi və texnologiya dərsləri oldu.
Dərsdinləmə zamanı əsasən fənn müəllimlərinin peşəkarlığına, dərsə hazırlıqları, onların proqram və icmallarının , jurnalların işlənməsi və şagird gündəliklərində formativ qiymətləndirilmələrin aparılmasına diqqət yetirildi.
Dərsdinləmələrdən sonra fənn müəllimləri ilə birlikdə məktəb direktoru və təlim tərbiyə işləri üzrə direktor müavinin Iştirakı ilə dinlənilən dərslərin geniş şəkildə müzakirəsi təşkil edildi.
Müzakirə zamanı dərslərdə aşkarlanan nöqsanlar , çatışmazlıqlar və dərslərin müsbət cəhətləri ümumi şəkildə qeyd olundu.
Sonda fənn müəllimlərinə bir sıra tövsiyyə və məsləhətlər verildi.