“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam gələcək naminə ailə portalının yaradılması”

Məktəbimizdə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi üzrə tədbir təşkil edildi.Tədbirdə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədr müavini Tural Əliyev, “Psixologiya və Konsultasiya Mərkəzinin baş psixoloqu Könül Cəfərova iştirak etdilər.Onlar VIII – XI sininf şagirdlərinin iştirak etdiyi tədbirdə keçiriləcək imtahanlara necə hazırlaşmaq,psixoloji baxımdan nələrə fikir vermək lazım olduğu haqqında məlumat verdilər.XI sininf şagirdləri DİM ali məktəblərə imtahan verərkən və ya hazırlaşarkən daha diqqətli olmağı,vaxtı düzgün bölmək üçün məntiqdən necə istifadə etməyin müxtəlif yolları haqqında məlumat verməklə yanaşı şagirdlərin suallarını ətraflı və onların tam anlayacağı istiqamətdə cavablandırdılar.Bütün bu zəhmətləri,əsaslı cavabları üçün müəllim və şagirdlərimiz gələn qonaqlara minnətdarlıq bildirdilər.