Risk qrupuna daxilolma ehtimalı olan şagirdlərin valideynləri ilə seminar

   Məktəbdə ailədən qaynaqlanan problemlər kifayət qədər çoxdur. Şiddət, inamsızlıq, soyuqluq, diqqətsizlik, ailə üzvlərinin bir-birini dinləməməsi və bu kimi başqa hallar məktəbdə ortaya çıxır və tədricən məktəbin də həlli vacib məsələsinə çevrilir. Bu da təbiidir. Məktəbdə müxtəlif ailələrdən gələn uşaqlar təhsil alır. Ayrı-ayrı qaydalarla böyüyən, müxtəlif tərbiyə metodları ilə yetişdirilən, bir-birindən fərqlənən münasibətlərlə qarşılaşan uşaq psixologiyası buna hazır olmadığından onun verdiyi reaksiya da məhz məktəbdə üzə çıxır.

   Məktəbin tərbiyə işləri üzrə direktor müavini A.Vəliyeva və psixoloq K. Hüseynovanın təşkilatçılığı  ilə məktəbdə risk qrupuna daxilolma ehtimalı olan şagirdlərin valideynləri ilə seminar təşkil olundu. Valideynlərlə maarifləndirici söhbət aparıldı, onları maraqlandıran suallar cavablandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi