“NARKOTİKLƏRDƏN İSTİFADƏYƏ YOX” DEYƏK

   Narkomaniyanın mənəvi və cismi ölüm olduğunu hamı bilir. Lakin bilə-bilə dünyada nə qədər insanlar bu bəlaya düçar olur, ailədəki və cəmiyyətdəki kiçik yaşlı uşaqları da yoluxdururlar. Bunun qarşısının alınması üçün,əsasən, məktəblərdə,digər idarə və təşkilatlarda müəyyən tədbirlər təşkil edilir, bu bəlanın qarşısının alınması, sağlam mühitin və gələcəyin yaradılması, gənclərimizin daha sağlam böyüməsi təşkil və təmin edilir. Belə tədbirlərdən biri də 35№li tam orta məktəbdə keçirildi. Tədbirdə Nəsimi rayonu Polis İdarəsinin rəisi polis polkovnik leytenantı Mirnemət Mirbabayev ,polis əməkdaşları iştirak etdilər. Tədbiri məktəbin direktoru R.Ə.Naibova açaraq qeyd etdi ki, Narkomaniya ilə mübarizədə hər bir vətəndaş yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi, həm indiki, həm də gələcək nəsillərin sağlam yetişmələri üçün cəmiyyətin bütün qüvvələri narkomaniya ilə mübarizədə fəallıq göstərməlidir. Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovnik leytenantı Mirnemət Mirbabayev narkomaniyanın insanlar arasında necə yayılmasından, bu bəlanın qarşısının alınması üçün aparılan işlərdən, görülən tədbirlərdən danışdı. O qeyd etdi ki, narkotik maddə gəzdirən, satan və ya istifadə edən hər kəs həm xalqının, həm ailəsinin, həm də özünün ən böyük düşmənidir. Narkomaniyanın ölüm olduğunu, insanları məhv etdiyini bilən, lakin ondan hər hansı bir yolla istifadə edən insanlardan uzaq olmaq lazımdır. Siz, şagirdlər, öz aranızda belə birini tanıyırsınızsa onu bu bəladan qurtarmağa, düz yola çəkməyə, yaxşılara qoşulmağa çağırın, özünüz də belə işlərlə məşğul olanlardan kənarlaşın. Biz polis işçiləri,xalqımızın övladlarının qaranlıq mühitə düşməsinin, uçuruma yuvarlanmasının qarşısını almağa çalışır və mübarizə aparırıq. Tədbirdə iştirak edən səlahiyyətli nümayəndələr şagirdlərimizin verdikləri sualları ətraflı şəkildə cavablandırdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi