Pedaqoji heyət üçün təlimlər keçirilir

    ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən məktəbin pedaqoji heyəti üçün təlimlər keçirilir.

   Məktəb rəhbərliyinin də iştirak etdiyi təlimlərin əsas məqsədə müəllimlərə metodiki dəstək göstərilməsi , təlim strategiyaları,gündəlik planlaşdırmanın mahiyyəti və strukturu barədə məlumatların verilməsi ,tədrisdə kurikulumun tətbiqi,müasir təlim texnologiyalarından istifadə,formativ qiymətləndirmənin səviyyələr üzrə aparılması və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir.

   Təlimlər zamanı müəllimlərə keyfiyyətli dərsin təşkili,müəllim-şagird münasibətinin tənzimlənməsi,müəllimlərin etik davranış qaydaları haqqında tövsiyyələr verilir,formativ qiymətləndirmənin təşkili,onların nəticələrinin təhlili,planlaşdırmanın düzgün aparılması ilə bağlı məlumatlandırılırlar.

   Təlimdə qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparılır,iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.

    Təlimlərin 2022-2023-cü tədris ili ərzində davam etməsi nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi