Narkomaniyaya yox deyək !

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
Məktəbin UBR -i T. Məhərrəmovanın və Tərbiyə işləri üzrə direktor müavini A. Vəliyevanın təşkilatçılığı ilə dəyirmi masa təşkil olundu. Psixoloq K. Hüseyova şagirdləri bu mövzuda maarifləndirdi. Məktəbin direktoru R. Naibova şagirdlərə öz tövsiyyələrini verdi. Slayd, videoçarx nümayiş olundu. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.