Qiçslə Mübarizə Günü

    Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. Dünyada HİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Bütün dünyada həmin gün QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunun infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.

  Məktəbin müəllimi S . Axundova şagirdlərlə dəyirmi masa təşkil etdi. Bu mövzu ətrafında şagirdlər öz fikirlərini bildirdilər . Məktəbin psixoloqu K. Hüseynova qics haqqında şagirdləri maarifləndirdi, onları maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi