Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq

Məktəbin fəaliyyət planına uyğun olaraq noyabrın 30- da məktəbin VIII siniflərində monitorinq keçirildi. Monitorinq tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparıldı.
Şagird nailiyyətlərinin yaxşılaşdırılması, VIII siniflərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və təhsildə keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindən biridir. Şagirdlər öz bilik və bacarıqlarını test suallarına cavab verməklə nümayiş etdirdilər.