“ Zəfər” tarix olimpiadası
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.10.2022-ci il tarixli F-362 nömrəli əmrinə əsasən noyabrın 26-da məktəbdə VIII-IX sinif şagirdləri ilə “Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadasının məktəbdaxili mərhələsi keçirildi.Olimpiadanın keçirilməsində məqsəd gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək,şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək,Vətən müharibəsində qazanılmış qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə şagirdləri məlumatlandırmaq,tariximizin hərtərəfli öyrənilməsinə nail olmaq,həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdır.
Olimpiada təlimata uyğun 1 saat vaxt verilməklə saat 11.00-da başladı və 12.00-da yekunlaşdı.Şagirdlər onlara ayrılmış vaxtdan səmərəli şəkildə istifadə edərək təqdim olunan sual kitabçasındakı 25 test sualları cavablandırdılar.