Kiçik yaşlı şagirdlərin ailə daxili problemlərinin aşkara çıxarılması

Proyektiv üsullar psixoloji diaqnostikada ən dəqiqdir. Bu, münasibətlərin və hisslərin şüursuz olaraq məhsuldar fəaliyyətə proyeksiyası ilə əlaqədardır Ailə bir neçə insandan və müxtəlif münasibətlərdən ibarətdir. Ailənin hər bir üzvünün özünəməxsus yeri var, başqalarının ona münasibət hissinin və digər üzvlərlə münasibətinin öz mənası. Mənim ailəm testi ailə münasibətlərini uşaq nöqteyi-nəzərindən müəyyən etmək üçün hazırlanmışdır. Ailə rəsminin köməyi ilə uşağın valideynlərinə və digər qohumlarına münasibətini, özünü qəbul etmə xüsusiyyətlərini, ailə problemləri və psixoloji narahatlıq mənbələrini təyin edə bilərsiniz.Məktəbin psixoloqu K. Hüseynova şagirdlərlə “ Mənim ailəm” testini apardı.