8 Noyabr Zəfər Günü
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində parlaq qələbənin qazanılmasının iki ili tamam olur. Dövlət başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü təsis edilib.
Bakı şəhərində Dənizkənarı Milli Parkda 8 Noyabr Zəfər Günü adlı konsert təşkil edilib. Bayram konsertində məktəbin müəllim kollektivi iştirak etmişlər.