ZəfərFest

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında 8 noyabr–Zəfər Gününə həsr olunmuş “ZəfərFest” Yaradıcılıq Festival-Sərgisi keçirilib.
Festival-Sərginin məqsədi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.
Məktəbin şagird və müəllimləri sərgidə iştirak etmişlər.