Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılışı oldu

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuş 35 nömrəli tam orta məktəbdə təmirdən sonra şəhid adının əbədiləşdirilməsi məqsədi ilə məktəbin məzunları olmuş şəhidlərin xatirə lövhələri vurulub. Vətən müharibəsi zamanı göstərdikləri igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidenitin müvafiq sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Kapitan Babaxanov Elman Ağamirzə oğlu və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid kiçik çavuş Əsədov Anar Rafiq oğlu məhz bu məktəbin məzunlarıdır.     

      Xatirə lövhələrinin açılışı Rayonun İcra Hakimiyyəti başçısı, RİH başçısı aparatının məsul əməkdaşlarının, rayon ictimayyətinin, şəhid ailələri və müharibə əlillərinin iştirakı ilə keçirilib. Şəhidlərin əziz xatirəsi  dərin hörmət və ehtiramla yad edilərək, xatirə lövhələrinin önünə gül dəstələri düzüblər. Məktəbin akt zalında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək  Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra tədbir iştirakçılarına məktəblilərin ifasında  şəhidlərin xatirəsinə həsr olunmuş kompazisiyalar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi