Kitab sərgisi

Məktəbin kitabxana müdiri M. Qasımovanın təşkilatçılığı ilə “ 8 Noyabr-Zəfər Günü” adlı kitab sərgisi təşkil olunub. Sərgidə Ali Baş Komandanın əzmkar siyasətini, şanlı Azərbaycan ordusunun fədakarlığı və qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsinin tarixi zəfər ilə başa vurulmasını, 30 ilə yaxın davam edən işğala son qoyulmasını, haqqın, ədalətin bərpa olunmasını, o cümlədən, haqq savaşına qalxan qəhrəman oğullarımızın bir yumruq kimi birləşərək düşməni məğlub etmələrini və şəhidlərimizin keçdikləri qəhrəmanlıq yollarını əks etdirən kitablar, jurnallar yer alıb.