“Gənclər arasında azərbaycançılıq ideyasının təbliği”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyələşdirdiyi “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqi dair tədbirlərin təşkili layihəsi çərçivəsində məktəbimizdə “Gənclər arasında azərbaycançılıq ideyasının təbliği” mövzusunda ziyalılar ilə yuxarı sinif şagirdləri arasında maarifləndirici görüş keçirildi. Görüşdə Dünya azərbaycanlıları Asambleyası Lobbiçilik üzrə vitsi-prezidenti Sərdar Kərimov,Azərbaycan Yazıçılar Birliyinin üzvü, M.Müşfiq və “Qızıl qələm” mükafatları laureatı şair Oqtay Rza,“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədr müavini Əziz Hüseynov və digər şəxslər iştirak etdilər. S.Hüseynov şagirdlər qarşısında çıxış edərək qürbətdə vətən həsrətindən,asambleyanın vətənimiz üçün gördüyü işlərdən danışdı.Qeyd etdi ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq,demokratik inkişafı təmin etməkdir.Azərbaycançılıq ideyasının kökündə vətəndaşlıq dəyəri dayanır.O, bu ideyanın dünyaya tanıdılmasında ulu öndər H.Əliyevin fəaliyyətindən danışaraq,şagirdləri yaxşı oxumağa,öz dilimizlə yanaşı vətənimizi dünyada təmsil etmək üçün digər xarici dilləri də öyrənməyə və vətəni sevməyə çağırdı.Sonra şair Oqtay Rza çıxış edərək Azərbaycana həsr olunmuş şeirlərindən nümunələr oxudu,şagirdlərlə azərbaycançılıq və Azərbaycanın tarixi haqqında fikirlərini bölüşdü. Qonaqlar şagirdlərimizin mövzu ilə əlaqəli suallarını cavablandırdılar.Ziyalılarla keçirilən bu görüş şagirdlərimizdə xoş təsərrüfatlar yaratdı. Məktəbin direktoru Rəna Naibova şagirdlərlə keçirilən bu maarifləndirici görüş üçün qonaqlara və görüşü təşkil edən təşkilatlara minnətdarlıq bildirdi.