“Ali məktəblərə qəbul imtahanı nədir və ona necə hazırlaşmalı?”

Məktəbimizdə Təhsil Nazirliyinin və COMMUNITY.AZ-ın dəstəyi, Dərs Evi - innovativ tədris mərkəzinin təşəbbüsü ilə “Məktəb icmaları” təşkilatı çərçivəsində “Ali məktəblərə qəbul imtahanı nədir və ona necə hazırlaşmalı?” adlı seminar keçirildi.Seminarda yuxarı sinif şagirdləri,valideynlər və müəllimlər iştirak etdilər.Seminarda şagirdlərin ali məktəblərə necə hazırlaşmaları üçün nümunələr göstərildi,testlərin hansı üsullarla daha tez cavablandırılması nümayiş etdirildi.Seminar iştirakçıları tərəfindən şagird və valideynlərə seminar qeydiyyatı adlı nümunələr paylanıldı.Seminarın aparıcısı Turana Hüseynli şagirdləri qeydiyyatdan keçməyə və bu zaman sınaq imtahanlarına pulsuz dəvət olunacaqlarını bildirdi.Seminar şagirdlərin və iştirakçıların verdikləri sualları qarşılıqılı cavablandırılması ilə yekunlaşdı.