Mina təhlükəsizliyi

Bakı şəhəri 35N-li tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov, Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinin əməkdaşı Ceyhun Quliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələr Sektorunun müdiri Günay Qurbanova və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Şahanə Bağırovanın iştirakı ilə “Mina təhlükəsizliyi” mövzusunda tədbir keçirildi.        

     Tədbiri məktəbin direktoru Rəna Naibova açaraq gələn qonaqları və qazilərimizi salamladı.

Azərbaycan Respublikası himninin sədaları zalı bürüdü. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin Çağırışaqədərki hazırlıq müəllimi N.Qurbanov minaların xüsusiyyətlərindən danışdı.

    ANAMA-nın Maarifləndirmə İşləri üzrə Baş Mütəxəssisi Ceyhun Quliyev şagirdlərə minadan necə qorunma və təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verdi.

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov bugünkü şagirdlərin gələcəyin qurucuları olduğunu, müəllimlərin onların daha mükəmməl yetişdirilməsində göstərdiyi və göstərməli olduqları fəaliyyətdən danışdı. Nümayəndələrlə qurulan ünsiyyət şagirdlərimizdə xoş təəssürat yaratdı.

     44 günlük vətən müharibəsinin canlı şahidi olan qazimiz Aprel döyüşləri və ikinci vətən müharibəsi iştirakçısı, XTG-nin zabiti Qurbanov Şəmsəddin Zeynal oğlu çıxış edərək öz təəssüratlarını müəllim və şagirdlərimizlə bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi