Təhsilalanların emosional-şəxsi sferasının tədqiqi

Məktəbdə ailədən qaynaqlanan problemlər kifayət qədər çoxdur. Şiddət, inamsızlıq, soyuqluq, diqqətsizlik, ailə üzvlərinin bir-birini dinləməməsi və bu kimi başqa hallar məktəbdə ortaya çıxır və tədricən məktəbin də həlli vacib məsələsinə çevrilir. Bu da təbiidir. Məktəbdə müxtəlif ailələrdən gələn uşaqlar təhsil alır. Ayrı-ayrı qaydalarla böyüyən, müxtəlif tərbiyə metodları ilə yetişdirilən, bir-birindən fərqlənən münasibətlərlə qarşılaşan uşaq psixologiyası buna hazır olmadığından onun verdiyi reaksiya da məhz məktəbdə üzə çıxır.
Məktəbin psixoloqu K. Hüseynova VI-IX sinif şagirdləri arasında anonim sorğu apardı. Məqsəd şagirdlərin emosional-şəxsi sferasını tədqiq etmək, ehtiyacı olan şagirdlərə lazımi psixoloji dəstək göstərmək.