Risk qrupuna daxilolma ehtimalı olan şagirdlərin aşkara çıxarılması

Müəllim və valideynlərlə birlikdə şagirdlərin fərdi psixoloji xüsusiyyətlərinin, meyl və maraqlarının, onların təlim-tərbiyəsində və sosiallaşmasında yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi, psixoloji davranışında, təhsil mühitinə və kollektivə uyğunlaşmasında, əhatə olunduğu insanlara qarşı münasibətlərində müşahidə edilən çətinliklərin, riskli davranışlara, zərərli vərdişlərə aludəçiliyin vaxtında aşkar edilərək aradan qaldırılması istiqamətlərində qabaqlayıcı tədbirlər həyata keçirilir.
Məktəbin psixoloqu K. Hüseynova sinif rəhbərləri ilə dəyirmi masa təşkil etdi. Dəyirmi masada risk qrupuna daxilolma ehtimalı olan şagirdlərin aşkara çıxarılması üçün söhbət aparıldı, müəllimlərə sorğular paylanıldı. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini A. Vəliyeva çıxış etdi, müəllimlərə tövsiyyələrini verdi. Onları maraqlandıran suallar cavablandırıldı.