27 Sentyabr-Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir

Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Həmin gün xalqa növbəti müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi.

  Anım günü ilə əlaqədar məktəbdə konfrans keçirildi. Konfransda məktəbin direktoru R. Naibova, tərbiyə işləri üzrə direktor müavini A.Vəliyeva, UBR T.Məhərrəmova, müəllim Z.Rəhimbəyli, kitabxana müdiri M. Qasımova və məktəbin şagirdləri iştirak etdilər. Şagirdlər  şəhidlərimiz haqqında şeirlər söylədilər. Məktəbin şəhid məzunları Elman Babaxanov və Anar Əsədov yad olundu.Saat 12:00 da bütün siniflərdə şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi