Ölkəmizi tanıyaq

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” adı altında keçirilən növbəti - VI maarifləndirici tur - aksiyası çərçivəsində 12 noyabr 2016-cı il tarixində Nəsimi rayon məktəblərindən seçilmiş 40 nəfər istedadlı, fəal və əlaçı şagird Lənkəran - Masallı Astara istiqamətində yola salınıblar. Həmin məktəblilər arasında 35 nömrəli məktəbin 9-cu sinif şagirdləri Bayramov Murad və Rəsulzadə Kənan da iştirak etmişdir. Məktəblilər Heydər Əliyevin abidəsi önünə gül çiçəklər düzərək Ümummilli Liderə ehtiram və dərin məhəbbətlərini bildirdilər. Daha sonra məktəblilər onları yola salan valideynləri və müəllimləri qarşısında Konstitusiya gününə həsr olunmuş flaşmob nümayiş etdirdilər. Sonra məktəblilər xatirə şəkilləri çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınmışlar. Lənkəran-Astara-Masallı istiqaməti üzrə səfər edən iştirakçılar Lənkəran rayonunda "Qoşa Qala" qapıları, Həzi Aslanovun ev muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları ilə, Astara rayonunda şəhər bulvarı, "Yanar Bulaq" və "Astaraçay" çay fabriki ilə, Masallı rayonunda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, ASAN həyat kompleksi, Viləşçay su anbarı ilə tanış olmuşlar.