Bilik yarışı

Məktəbin fəaliyyət planına uyğun olaraq 19 noyabrda xüsusi istedada malik olan şagirdlərin qazandıqları biliklərin üzə çıxarılması,onların tədris olunan fənlərə münasibəti,məntiqi düşüncələrinin aşkar olunması üçün məktəbdə “Bilik yarışı” keçirildi.Bu yarışda məktəbin VI-XI sinif şagirdləri səylə iştirak etdilər.“Bilik yarışı” bütün fənlər üzrə keçirildi və qaliblər müəyyənləşdirildi.Seçilmiş qaliblərin “Bilik yarışı”nın şəhər turunda iştirakı nəzərdə tutuldu.