Beşincilərin orta təhsil pilləsinə adaptasiyası

Şagirdin ibtidai təhsil pilləsindən orta təhsil pilləsinə keçidi uşaqlığın bir növ sonu - uşağın həyatında sabit inkişaf dövrü ilə üst-üstə düşür. 5-ci sinifdə uşağı yeni təhsil sistemi gözləyir: sinif rəhbəri və müəllimlər - yeni fənləri tədris edən fənn müəllimləri. Bəzi beşinci sinif şagirdləri qürur duyurlar ki, onlar yetkinləşiblər və tez bir zamanda tədris prosesinə cəlb olunurlar. Digərləri isə məktəb həyatında dəyişikliklər yaşayır və onların uyğunlaşması gecikir. Belə bir dövrdə uşaqlar tez-tez dəyişirlər - heç bir səbəb olmadan narahat olurlar, utancaq olurlar və həddindən artıq təlaşa düşürlər. Nəticədə uşaqların əmək qabiliyyəti azalır, unutqanlıq, nizamsızlıq, uşaqlarda bəzən yuxu və iştahı pisləşir.
Məktəbin psixoloqu K. Hüseynova beşincilərlə bu mövzuda söhbət apardı. Şagirdləri maraqlandıran suallara cavab verildi.