Kern-Yerasik testi

Cəmiyyətin gələcəyi olan uşaqların formalaşması, təlim işləri, insanın sonrakı inkişafı bir çox cəhətdən uşağın məktəb təliminə hazırlığından, özü də onun düzgün həllindən asılıdır. Ona görə də uşağın məktəb təliminə psixoloji hazırlığı problemi həm nəzəri, həm də praktik əhəmiyyət daşıyır. Uşağın məktəb təliminə psixoloji cəhətdən hazırlanması məktəbəqədər yaş dövrünün sonunda fiziki və mənəvi inkişafın ən yüksək zirvəsini təşkil edir.
Məktəbin psixoloqu K. Hüseynova birinci sinif şagirdləri ilə Kern-Yerasikin məktəb kamilliyinin oriyentasiyalı testini apardı. Şagirdlərin məktəbə hazırlıq səviyyələrini yoxladı.