Məktəbdə iməcilik təşkil edilib

35 N-li tam orta məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə yanaşı həm də onların sağlam həyat tərzi məktəbin müdiriyyəti və müəllim kollektivinin həmişə diqqət mərkəzindədir. “Sağlam bədəndə sağlam ruh olar” devizi və şagirdlərin payız tətilini nəzərə alaraq məktəbimizdə 15 noyabr tarixdə iməcilik təşkil edilmişdir. Bu işdə bütün müəllim kollektivi və şagirdlər iştirak etmiş, həm sinif otaqları, həm də məktəbin digər ətrafları təmizlənmişdir. Bu işin təşkilində məktəbin tərbiyə işləri üzrə direktor müavini A.Vəliyeva yaxından iştirak etmiş, görülən işləri diqqətlə izləmiş, eyni zamanda özü də bu işdə iştirak etmişdir.