Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş “Dəyirmi masa”

Azərbaycan Cümhuriyyəti dövründə qəbul edilməsi mümkünləşməyən,beləliklə əsası 1921-ci ildə qoyulan Azərbaycan Respublikası Konstitusiyası müxtəlif illərdə müəyyən dəyişikliklərə uğramışdı. Müstəqil Azərbaycan Respublikasının ilk müstəqil konstitusiyası 1995-ci il 12 noyabrda ümummilli Lider Heydər Əliyevin başçılığı ilə ümumxalq müzakirəsindən sonra referendum yolu ilə qəbul olunmuşdur.Bu münasibətlə hər il olduğu kimi bu ildə 35N-li tam orta məktəbdə 11 noyabrda tarix müəllimi Ətrabə Bədəlovanın təşkilatçılığı ilə tədbir keçirildi.Tədbirdə məktəbin müdiriyyəti,müəllimlər və şagirdlər iştirak etdilər.Şagirdlər çıxış edərək Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasını qoyduğunu,insan hüquq və azadlıqlarını həyata keçirməyə xidmət etdiyini.elm,səhiyyə,söz azadlığı,yaşama hüququnu təmin etdiyini və s məlumat verdilər.Tədbirdə Azərbaycanın tarixi keçmişi və bu günü arasında tam əlaqə yaradıldı.