Son zəng

Həyat yolunun başlanğıcı , 11 il hər gün irəliyə addım atmağa çalışdığımız yolun, məktəb həyatının son günündə aram-aram, ağır-ağır çalınan zəng. Bu səsi illər əvvəl ilk dəfə eşidəndə kədərdən kövrəlir insan.
Hər il olduğu kimi bu tədris ilinin sonunda da məktəbimizdə uşaqların həm sevinclə, həm kədərlə qarşıladığı son zəng tədbiri keçirildi.
Məktəbin direktoru Rəna Naibova məzunlarımızı təbrik etdi, onların qalib ölkənin qalib məzunları olduğunu , bunun üçün ordumuza və Ali Baş Komandanımıza minnətdar olduğumuzu qeyd etdi və uğurlu yollar arzuladı.