Mənim Gündəliyim

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinə start verilir.
Müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir.
Məktəbin şagirdləri böyük həvəslə bu müsabiqəyə qoşulmuşlar. Müxtəlif kitablar mütaliə edərək , gündəliklərə qeydlər aparmışlar.