Mənim bayrağım ən gözəl bayraqdır

9 Noyabr Bayraq günü münasibəti ilə məktəbimizdə bir neçə gündür silsilə tədbirlər, dəyirmi masalar, dərslər keçirilir.Bu tədbirlərdən biri də bu gün 08 noyabr 2016-cı il tarixində V-IX siniflərin şagirdləri tərəfindən keçirildi.Tarix müəllimi Zinaida Musayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə çox maraqlı hissələr bir-birini əvəz etdi.Şagirdlər bayrağa aid mahnılar,şeirlər, səhnəciklər təqdim etdilər.Tədbirdə şagirdlərin oynadığı rollar iştirakçılarda böyük maraq oyatdı.Milli qəhrəmanlarımızdan olan Mübariz İbrahimov,Ramil Səfərov haqqında videoçarxlar nümayiş edildi.Yuxarı və aşağı sinif şagirdlərinin “Mənim Prezidentim” mahnısına həsr edilmiş möhtəşəm “Flashmob” rəqsləri göstərildi.Vsinif şagirdləri – Nicat və Zeynəbin ifasında “İgid Əsgər” mahnısı səsləndi.Mahının sonunda Zeynəbin bütün həmvətənlərini vətənpərliyə çağırışı hər kəsi təsirləndirdi.Hətta məktəbimizin direktoru Rəna Naibova da onun çıxışından təsirlənərək səhnəyə çıxıb şagirdləri bağrına basaraq Zinaida Musayevaya öz minnətdarlığını bildirdi.Tədbir “Bayraq şeiri” ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi