Bayrağımız qürur mənbəyidir

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə təhsil naziri Mikayıl Cabbarov, nazir müavinləri, ali məktəblərin rektorları, ziyalılar, məktəbimizin müəllim və şagirdləri iştirak etdilər.Yürüş Dənizkənarı Milli Parkda, "Azneft" meydanı yaxınlığındakı böyük monitorun yerləşdiyi ərazidən başlayıb və Bayraq Meydanında başa çatdı.Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasıdır.