Mənim gündəliyim

İnsanlar öz təcrübələrini - biliklərini qoruyub-saxlamaq və gələcək nəsillərə ötürmək, təbliğ etmək məqsədilə yazını və kitabı kəşf ediblər. “Kitab bilik mənbəyidir” - deyənlər yanılmırlar. Kitab özündə informasiya yükü, təcrübə və biliklər toplayan mənəvi xəzinədir. Mütaliə isə bu mənəvi sərvəti öyrənmə və mənimsəmə vasitəsidir.
Məktəbin kitabxana müdiri M. Qasımovanın təşəbbüsü ilə şagirdlərə kitablar paylanıldı.Azərbaycan dili və ədəbiyyat müəllimi H. Məhərrəmova şagirdlərə kitablar haqqında , mənim gündəliyimin yazılması haqqında tövsiyyələrini verdi. Şagirdlər bu layihədə böyük həvəslə iştirak etdilər.