Müxtəlif peşə sahibləri ilə görüş

Peşə seçimi insanın həyatında verdiyi ən önəmli qərarlardan biridir. Çünki düzgün peşə seçimi gələcək uğurun başlanğıcı hesab olunur. Psixoloqlar hesab edir ki, insanın gələcəkdə xoşbəxt və ya bədbəxt olmasında seçdiyi peşənin rolu var: "Peşə seçimi insanın həyatı boyunca davamlı bir iş sahibi olub və ya ola bilməyəcəyini təyin edir, müvəffəqiyyətli və ya müvəffəqiyyətsiz bir adam olmasında əhəmiyyətli rol oynayar.
Məktəbin psixoloqu K. Hüseynova şagirdlərlə peşə seçimi ilə bağlı söhbət apardı. Müəllim və həkim peşə sahibləri öz sahələri üzrə şagirdlərə məsləhətlər verdilər. Şagirdlərlə bu mövzu ətrafında qarşılıqlı müzakirə olundu.