Valideyn iclası

Valideyin iclasları müəllimlər və valideynlər üçün əvəzsiz toplantıdır. Burada təlim-tərbiyə prosesinin vəziyyəti, onun inkişaf etdirilməsi yolları, məktəblə valideyinlər arasında əməkdaşlığı müəyyənləşdirilir. Bundan əlavə şagirdin uğurları və ya nöqsanları müzakirə olunur təhlil edilir.
Məktəbin VII b sinif rəhbəri C.Qəribovanın təşkilatçılığı ilə pandemiya qaydalarına uyğun olaraq valideyn iclası keçirildi. İclasda Tərbiyə işləri üzrə direktor müavini A.Vəliyeva, məktəbin psixoloqu K.Hüseynova və fənn müəllimləri iştirak etdilər, övladları ilə bağlı valideynlərə məlumatlar verildi.